Jan Pol Karteron: Forumun keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu vardır

 

Forumun keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu vardır.

AzərTAc xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Krans Montana Forumunun prezidenti Jan Pol Karteron söyləmişdir.

Azərbaycanın çox vacib coğrafi məkanda yerləşdiyini deyən Jan Pol Karteron qeyd etmişdir ki, Bakı kimi mədəniyyətlərin qovuşduğu bir şəhərdə belə tədbirlərin keçirilməsi insanların yaxınlaşmasında mühüm əhəmiyyətə malikdir.

Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsini yüksək qiymətləndirdiyini bildirən Krans Montana Forumunun prezidenti diqqətə çatdırmışdır ki, yüksək səviyyədə təşkil edilmiş forum müxtəlif ölkələrdən olan insanların bir araya gələrək onları narahat edən məsələləri müzakirə etmək üçün əvəzsiz platformadır.

 

 

Azərbaycan.- 2011.-12 oktyabr.- S.  2.