Məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunub

 

Müstəqil Azərbaycan ötən 20 ildə cəmiyyətdə qanunçuluğunhüquq qaydalarının etibarlı təminatına xidmət edən çevik islahatlar həyata keçirmiş,  məhkəmə-hüquq sisteminin müasirləşməsinə, ədalət mühakiməsinin səmərəliliyinə nail olmuşdur.

İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzərən tətbiq olunan bu mütərəqqi yeniliklər dövrün tələbi ilə səsləşərək, respublikanın sosial-iqtisadi inkişaf kursuna adekvat olmuş, ən əsası, vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə tam ehtiva etmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, ictimai münasibətlər sisteminin qanunamüvafiq qaydada tənzimlənməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının təməlini qoymuşdur.

Ölkə Konstitusiyasına əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, ölkəmizdə birinci instansiya, apelyasiyakassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqafakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə düzgünobyektiv həllinə şərait yaradır.

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin formalaşmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanı əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli olmuşdur.

"Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2000-ci il 17 yanvar tarixli Fərmana əsasən isə, hakimlərin seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədilə yüksək məhkəmə sədrlərindən, ədliyyə nazirindən ibarət tərkibdə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilmiş, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan  tədbirlər görülmüşdür. Məhkəmə-Hüquq Şurası ötən illərdə Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil orqan kimi fəaliyyət göstərmişdir.

Ulu öndər Heydər Əliyevin insan hüquqlarının qorunmasını ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 8 ildə onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdırilir. Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması da vacib şərtlərdən biridir.

Dövlət başçısının inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsas qayəsində həm də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur. Bu baxımdan dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərmanı respublika məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərmanda bölgələrdə yeni apelyasiyaiqtisad məhkəmələrinin yaradılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Belə bir fərmanın imzalanması bölgələrin sürətlə inkişaf etdiyi bir zamanda rayonlarda yaşayan vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini yaxşılaşdırmaq; onlarda haqlı narazılıq doğuran sui-istifadə, süründürməçilik hallarını, eləcə də digər nöqsanları aradan qaldırmaq; ədalət mühakiməsinin səmərəliliyini yüksəltmək; məhkəmələrə inamı artırmaq; məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqinə nail olmaq; məhkəmə aparatlarının strukturunuişini daha optimal şəkildə qurmaq; habelə hakimlərin sosial vəziyyətini yaxşılaşdırmaq niyyətindən irəli gəlmişdir.

Fərmanda Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması idi. Son illərədək Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına üzv bəzi dövlətlərlə müqayisədə aşağı göstərici ilə xarakterizə olunur, hər 100 min nəfərə orta hesabla 4 hakim düşürdü. Halbuki bir sıra Avropa dövlətlərində bu, 20-25 hakim təşkil edir. Son illərədək apelyasiya şikayətlərınin çoxluğu da əsasən birinci instansiya məhkəmələrində işlərə ədalətli və obyektiv baxılmaması ilə bağlı olurdu. Belə ki, Bakı şəhərinin rayon məhkəmələrindəki hakimlərin icraatında bir ildə 500-dən çox mülki, 150-dən artıq cinayət və digər işlərin olması faktı hakimlərin nə qədər gərgin şəraitində işlədiyinin bariz göstərıcisi idi. Belə olan halda hakim bir gündə 2, bəzən hətta 3 işə baxmaqla insan taleyi baxımından həlledici qərar qəbul etməli idi. Məhz bu səbəbdən də hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması bəzən səthi olur, işlərə baxılması uzanır, məhkəmə qərarlarının tərəflərə verilməsi gecikir, vətəndaşlar yerli-yersiz get-gələ düşürdü. Vaxtın azlığı tamobyektiv məhkəmə araşdırmasının aparılmasına imkan vermirdi. Bu isə müəyyən hallarda əsassız, adekvat olmayan məhkəmə qərarlarının qəbuluna gətirib çıxarırdı.

Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007-ci ildə 255 nəfər hakimliyə namizəd şəffaf və mütərəqqi üsulla seçilərək hakim vəzifələrinə təyin olunmuşlar.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun da son illər respublikada həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir. "Məhkəmələr və hakimlər haqqında" qanunun birinci maddəsinə edilmiş dəyişikliyə əsasən, ismin müvafiq hallarında verilmiş "Ağır cinayətlərə dair işlər üzrə məhkəmə" sözləri ismin müvafiq hallarında "Ağır Cinayətlər Məhkəməsi" sözləri ilə əvəz edilmişdir. Yəni sözügedən qanuna əsasən, "Ağır cinayətlərə dair işlər üzrə məhkəmə" "Ağır Cinayətlər Məhkəməsi" adlandırılmışdır.

Qanunda əksini tapan digər bir mühüm yenilik yerli iqtisad məhkəmələrinin adının və ərazi yurisdiksiyasının dəyişdirilməsi ilə bağlıdır. Belə ki, 4-cü maddəyə əsasən, qanunun mətnində ismin müvafiq hallarında verilmiş "yerli iqtisad məhkəməsi" sözləri ismin müvafiq hallarında "inzibati-iqtisadi məhkəmə" sözləri ilə əvəz edilmişdir. Yəni yerli iqtisad məhkəmələrinin inzibati-iqtisad məhkəmələri kimi fəaliyyəti təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli "Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası haqqında" fərmanı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fərmanla Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələri və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası təsdiq edilmişdir. Prezident İlham Əliyevin 2010-cu il 9 avqust tarixli "Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında" fərmanı da Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi daşıyır. Fərmanla respublikanın məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən olunmuşdur. Şübhəsiz, hakim korpusunun sayının artırılması respublikamızda ədalət mühakiməsinin demokratikliyinin, şəffaflığının, obyektivliyinin təmini istiqamətində mühüm addımdır.

Vurğulamaq istərdim ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni binainventarla təmin olunması, onların şəraitinin yaxşılaşdırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. 2009-cu ilin mayında Azərbaycan Respublikası Ali Məhkəməsinin müasir tələblərə cavab verən yeni binasının tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Bu, dövlət başçısının məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.

Regionlarda ağır cinayətlər və hərbi məhkəmələrin yaradılması, habelə inzibati-iqtisadi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi yeni dövrün tələblərindən irəli gələn sosial tələbatdır. Son dövrlər bu məqsədlə imzalanmış qanun və fərmanlar, sərəncamlar da yalnız bir məqsədə - regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir. Əgər ötən ilədək Bakıda yalnız bir Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə fəaliyyət göstərirdisə, son illərdə regionlarda belə məhkəmələrin yaradılması vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında həlledici rol oynayacaqdır. İnanırıq ki, Azərbaycanda yeni dövrün tələblərinə uyğun davam etdirilən bu mütərəqqi islahatlar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə təkan verəcəkdir.

 

 

İlyas MAHMUDOV,

Sumqayıt Şəhər Məhkəməsinin hakimi

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.  8.