Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer oktyabrın 12-də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avstriya Respublikasının Prezidenti Haynts Fişer "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Avstriyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra Avstriya dövlətinin başçısı Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi. AIi qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S.  5.