Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanın etimadnaməsini qəbul etmişdir.
Səfir Piter Beytman fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Piter
Beytman etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin
başçısı Azərbaycan ilə Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı arasında münasibətlərin siyasi,
iqtisadi və mədəni sahələrdə sürətlə
inkişaf etdiyini dedi. Britaniya şirkətlərinin Azərbaycanın
enerji sektorunda, biznes və mədəniyyət sahələrindəki
fəaliyyətinə toxunan Prezident İlham Əliyev əlaqələrimizin
yaxşı ənənəyə malik olduğunu və bu əlaqələrin gələcəkdə
də inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident
İlham Əliyev səfirə fəaliyyətində
uğurlar arzuladı.
Diplomat
Piter Beytman Böyük Britaniya və Şimali
İrlandiyanın Kraliçası Ülyahəzrət II
Elizabetin Azərbaycan Prezidentinin, onun ailəsinin və Azərbaycan
xalqının rifahı naminə
ən xoş arzularını dövlətimizin
başçısına çatdırdı. O, ölkəmizə
səfir kimi fəaliyyət göstərməsindən məmnunluğunu
bildirdi. Piter Beytman Azərbaycan ilə Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı
arasında əlaqələrin daha da genişləndirilməsi
üçün səylərini əsirgəməyəcəyini
dedi.
Prezident
İlham Əliyev Böyük Britaniya və Şimali
İrlandiyanın Kraliçası Ülyahəzrət II
Elizabetlə bir neçə il bundan əvvəlki
görüşünü məmnunluqla xatırladı.
Dövlətimizin
başçısı Böyük Britaniya və Şimali
İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin
ən xoş arzularına görə minnətdarlığını
bildirdi, onun da ən xoş arzularını Kraliçaya
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.-14 oktyabr.- S. 1.