Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan prezidentini müharibəyə təhrikçilikdə ittiham etmişdir

 

BMT-nin informasiya ofisinə istinadən AzərTAc xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev belə hesab edir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan regionda sülhün təmin edilməsi üzərində konstruktiv iş aparmır.

A.Mehdiyevin BMT Baş Məclisinin 66-cı sessiyasının sədrinə göndərdiyi məktubda 2011-ci il sentyabrın 23-də Ermənistan prezidentinin ümumi müzakirələrdə verdiyi bəyanatla əlaqədar  deyilir: "Sentyabrın 23-də BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində keçirilmiş ümumi müzakirələrdə Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatının yolverilməz təcavüzkar ahəngi təşkilatın nizamnaməsi və beynəlxalq hüquq üzrə öz vəzifələrinə Ermənistanın açıq-aşkar məhəl qoymadığını təsdiq etməklə yanaşı, əyani şəkildə nümayiş etdirir ki, bu üzv dövlətin rəhbərliyi regionda sülhün təmin edilməsi üzərində konstruktiv işdən nə qədər uzaqdır".

Sənəddə deyilir: "Azərbaycan müharibənin başlanması və Azərbaycana qarşı təcavüzkarlıq aktları, kütləvi etnik təmizləmələr, münaqişə zamanı digər mənfur cinayətlərin törədilməsi və açıq-aşkar irqçilik ideologiyasının təbliği üçün əsas məsuliyyət daşıyan bir ölkənin - Ermənistanın prezidenti qonşu ölkələri tənqid etməyə, sülh, insan hüquqları, danışıqlar və münaqişələrin nizama salınması kimi konsepsiyalara dair məsələlərdə onlara notasiyalar oxumağa cəhd göstərməsini paradoksal hal hesab edir".

A.Mehdiyev demişdir ki, Ermənistan dövləti başçısının bu cəhdləri vəziyyətin tamamilə əksinə olduğunu təsdiq edən faktların fonunda açıq-aşkar mənasız görünür və Azərbaycan Ermənistan, onun işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni yaratdığı separatçı rejim barəsində Ermənistan prezidentinin bəyan etdiyi kimi "yalançı ittihamlar" yaymağı sadəcə lazım bilmir.

Sənəddə qeyd edilir: "Ermənistan prezidentinə yaxşı məlum olmalıdır ki, Azərbaycan ərazisində yaşayan erməni etnik azlığının "öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi" BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz zor işlədilməsi, BMT nizamnaməsinin və beynəlxalq hüququn pozulması kimi qiymətləndirilmişdir. Azərbaycanın işğal olunmuş ərazisində Ermənistan Respublikasının yaratdığı bu separatçı qurumunonun strukturlarının qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə və birmənalı şəkildə bəyan edilmişdir".

A.Mehdiyevin məktubda qeyd etdiyi kimi, prezident Sarkisyan ayrılmanın hər halda mümkün olduğuonun zordan, bundan sonra yaranacaq vəziyyətdən asılı olacağını qeyri-inandırıcı dəlillərlə əsaslandırmağa cəhd göstərərkən bu yaxınlarda Cənubi Sudan Respublikasının BMT-nin tərkibinə qəbul olunmasına istinad edir. Səfir sözünə davam edərək demişdir: "Lakin görünür, təkcə Ermənistan prezidentinə məlum deyildir ki, Azərbaycana qarşı Ermənistanın təcavüzü nəticəsində yaranmış qanunsuzluq vəziyyətindən fərqli olaraq Cənubi Sudan Respublikasının müstəqilliyi müvafiq tərəflərin razılığı əsasında və onların arasında bağlanmış ümumi sülh sazişi çərçivəsində əldə edilmişdir. Daimi nümayəndə demişdir: "Bununla əlaqədar Təhlükəsizlik Şurası yanlış təfsirlərin ola biləcəyini qabaqcadan görərək öz sədrinin 2011-ci il 9 fevral tarixli bəyanatında aydın şəkildə bildirmişdi ki, "Ümumi sülh sazişində nəzərdə tutulmuş bu proses müstəsna haldır və öz-özlüyündə presedent yaratmır".

Səfir qeyd edir ki, "Azərbaycanda guya "erməni fobiyası təzahürlərinin artmasına" edilən istinadlar da gülüncdür". A.Mehdiyev demişdir: "Prezident Sarkisyan belə bir adı fakta məhəl qoymur ki, nəinki öz ərazisində, həmçinin işğal olunmuş Azərbaycan ərazilərindən erməni olmayan bütün insanları qovmuş və beləliklə, bu rayonlarda müstəsna monoetnik mədəniyyət yaratmış Ermənistandan fərqli olaraq Azərbaycan bu günədək öz etnik və mədəni müxtəlifliyini qoruyub saxlayır". Səfirin qeyd etdiyi kimi, bundan başqa, Ermənistanın yüksək vəzifəli şəxsləri müntəzəm olaraq öz bəyanatlarında etnikdini əlamətlərə görə nifrət və dözülməzlik hisslərini açıq-aşkar təbliğ edirlər. Onun sözlərinə görə, bununla əlaqədar saysız-hesabsız misallara Ermənistanın keçmişindiki prezidentlərinin aşağıdakı açıqlamalarını aid etmək olar. Bu açıqlamalar Ermənistanın dövlət siyasətinin etnik fərqləndirmə və irqi üstünlük konsepsiyalarına əyani sübutdur: "Belə ki, 2003-cü ildə "ermənilərin və azərbaycanlıların etnik uyuşmazlığı" barədə Ermənistanın bundan əvvəlki prezidenti Robert Koçaryanın açıq şəkildə dediyi sözlər haqlı olaraq beynəlxalq birliyin sıralarında hiddət doğurmuşdu. Avropa Şurasının o vaxtkı baş katibi Valter Şvimmer qeyd etmişdi ki, "Koçaryanın sözləri müharibəyə təhrikçiliyə bərabərdir, düşmənçilik və nifrət dolu ritorikanın" təzahürüdür. Avropa Şurası Parlament Assambleyasının o zamankı sədri Peter Şider isə demişdi ki, "Avropa Şurası yarandığı vaxtdan indiyədək hələ heç zaman "etnik uyuşmazlıq" deyilən ifadə eşitməmişdi".

Səfir demişdir: "2010-cu il oktyabrın 16-da prezident Sarkisyan erməni diasporundan olan jurnalistlərlə görüşündə qondarma "genetik" tədqiqatın nəticələrinə istinad edərək demişdi ki, "Ermənistan bir millət kimi artıq 8000 ildir mövcuddur". Bu sözlər açıq-aşkar tarixi faktların saxtalaşdırılmasına əsaslanmaqdan başqa, həm də natiq tərəfindən ermənilərin digər millətlərdən, o cümlədən erməni dövləti başçısının "türk-müsəlman köçəri tayfası" adlandırdığı azərbaycanlılardan üstün olması təsəvvürünün bilavasitə təsdiqi kimi ifadə olunmuşdur. Görünür, Ermənistan Respublikasının prezidenti keçmişdə belə "genetik tədqiqatların" dünyaya necə baha başa gəldiyini unudur.

A.Mehdiyev məktubunda demişdir: "2011-ci il iyulun 25-də Ermənistan prezidenti öz ölkəsinin gənclərinin nümayəndələri ilə görüşündə onlara öyüd vermişdir ki, bundan sonra da regionun xalqları arasında nifrət və etimadsızlıq siyasətini həyata keçirsinlər. Belə ki, Ermənistan ərazisinin qonşu Türkiyə hesabına genişləndirilməsi perspektivləri barədə tələbələrdən birinin sualına cavab verən Serj Sarkisyan demişdir ki, bu vəzifənin yerinə yetirilməsi yeni nəslin səylərindən asılı olacaqdır və "Vətənimiz Qarabağ" adlandırdığı ərazinin ələ keçirilməsi məsələsinin həllini misal göstərmişdir. Başqa sözlə, öz xalqını gələcəkdə sülhə, tərəqqiyə və sabitliyə, qonşu xalqlarla dostluğa və əməkdaşlığa hazırlamaq əvəzinə Ermənistan prezidenti öz ölkəsinin gənclərini və gələcək nəsillərini açıq-aşkar yeni müharibələrə və zorakılığa təhrik edir. Ermənistan prezidentinin bu sözlərini heç şübhə etmədən 2011-ci il mayın 26-da Dovildə (Fransa) Rusiya, ABŞ və Fransa, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin birgə bəyanatına cavab hesab etmək lazımdır. Prezidentlər birgə bəyanatda təkidlə tərəfləri öz əhalisini müharibəyə deyil, sülhə hazırlamağa çağırırdılar".

Diplomat faktlara əsaslanaraq demişdir: "Keçən əsrin 1980-ci illərinin axırlarında Ermənistan Dağlıq Qarabağa öz iddialarını irəli sürdükdən az sonra Ermənistan hökumətinin tapşırığı və xeyir-duası ilə ölkədəki 230 mindən çox azərbaycanlı zorla Ermənistandan deportasiya edildi. Bu proses Ermənistanın bütün ərazisində qətllər, işgəncələr, zorakılıqlar, əmlakın məhv edilməsi və soyğunçuluqlarla müşayiət olundu. Bu aktlar hər yerdə və sistemli şəkildə baş verdi. Ümumiyyətlə, 1987-1989-cu illərdə Ermənistanda 216 azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar öldürülmüşdür".

Məktubda deyilir: "Məlum olduğu kimi, 1992-ci ilin fevralında Xocalı şəhəri ələ keçirildiorada yaşayan mülki əhaliyə, onun müdafiəçilərinə misli görünməmiş miqyasda divan tutuldu. Bu şəhərə hücumonun işğalı zamanı yüzlərlə azərbaycanlı amansızcasına öldürüldü. Azğınlaşmış erməni əsgərlər insanların başlarını kəsmiş, dərisini soymuş, hamilə qadınları süngüyə keçirmiş, həlak olanların cəsədlərini təhqir etmişlər. Hətta uşaqlara da rəhm etməmişlər. Faktlar təsdiq edir ki, Xocalının sakinləri və müdafiəçiləri yalnız azərbaycanlı olduqlarına görə məqsədyönlü şəkildə kütləvi qırğına məruz qalmışlar. Bununla əlaqədar xüsusilə qeyd etmək lazımdır ki, Xocalı hadisələri Ermənistanın indiki prezidentinin qeyri-qanuni separatçı rejimin "Özünümüdafiə qüvvələri komitəsinə" başçılıq etdiyimüvafiq olaraq bu şəhərin zorla ələ keçirilməsinə görə məsuliyyət daşıyan şəxslərdən biri olduğu vaxt  baş vermişdi. Bundan başqa, Serj Sarkisyan özübu cinayətin bilavasitə iştirakçısı olmuş digər şəxslər vicdan əzabı çəkmədən Xocalı sakinlərinin və müdafiəçilərinin qırğınına görə özlərinin məsuliyyət daşıdıqlarını açıq şəkildə etiraf etmişlər".

Daimi nümayəndə məktubunda demişdir: "Şübhə etmirik ki, Xocalıda törədilmiş cinayət, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə edilmiş digər vəhşiliklər Ermənistan dövlətinin beynəlxalq hüquq üzrə məsuliyyəti və bu cinayətlərin törədilməsində iştirak edənlərin, onların əlaltılarının və köməkçilərinin fərdi cinayət məsuliyyəti ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası qəti əmindir ki, ədalət olmadan uzunmüddətli və möhkəm sülh ola bilməz. Bu, təkcə fərdi cinayət məsuliyyətinin müəyyən edilməsi məqsədi ilə deyil, həm də sülhün, həqiqətin, barışığın bərqərar olması, zərərçəkənlərin hüquqlarının müdafiəsi naminə ən ciddi beynəlxalq cinayətlər törədənlərin cəzasızlığına son qoyulması üçün lazımdır.

Səfir qeyd etmişdir ki, Ermənistan prezidentinin bəyanatı münaqişənin nizama salınması prosesinin və vasitəçilik səylərinin əsl dəyəri və mənası barədə Ermənistanın rəsmi şəxslərinin adi möhtəkirliyi və yanlış təfsirlərindən başqa bir şey deyildir.

Məktubda deyilir: "Azərbaycan Respublikasının Hökuməti belə hesab edir ki, Ermənistan rəhbərliyinin bu ədəbsiz ritorikasının yeganə məqsədi münaqişənin nizama salınması üzrə indiki prosesi nüfuzdan salmaq, beynəlxalq birliyi çaşdırmaq və öz ölkəsinin ictimaiyyətinin diqqətini dərinləşən daxili problemlərdən yayındırmaqdır".

 

 

Azərbaycan.- 2011.-18 oktyabr.- S.  20.