Almatının Beynəlxalq hava limanında qarşılanma

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazaxıstan Respublikasına rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Almatının Beynəlxalq hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Milli geyimli qız Azərbaycan Prezidenti İlham Əliyevə gül dəstəsi təqdim etdi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 20 oktyabr.- S.  1.