V.F.Ələsgərovun «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 20 oktyabr.- S. 1.