Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri başa çatmışdır

 

 Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Almatının Beynəlxalq hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Milli geyimli qız Azərbaycan Prezidenti İlham Əliyevə gül dəstəsi təqdim etdi.

 

* * *

 

Dövlətimizin başçısı həmin gün Bakıya qayıtmışdır.

Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-22 oktyabr.- S.  2.