Azərbaycan ərazi bütövlüyünü istənilən yolla bərpa etməyə hazırdır

 

Dövlət başçısı «əl-Cəzirə» kanalına verdiyi müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tutduğu prinsipial mövqeyi bir daha bəyan etmişdir 

 

Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən 8 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadidemokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diasporlobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi yer tutur. Son illər danışıqlar prosesi yenilənmiş Madrid prinsipləri əsasında aparılır. Lakin hər dəfə Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi münaqişənin sülh yolu ilə həllinə ciddi maneə törədir.

Rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlikiqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadisiyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Azərbaycanın haqlı mövqeyi BMT, Avropa Birliyi, ATƏT, Avropa Şurası, NATO, İKT, GUAM və digər beynəlxalq təşkilatlarda dəstəklənmişdir. Ötən il Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə həmçinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.

"Böyük səkkizlik" ölkələrinin Fransanın Dovil şəhərində keçirilən sammiti çərçivəsində ABŞ, FransaRusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatla çıxış etməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Bəyanatda Soçi görüşünün nəticələrinə istinad edilməsi münaqişə ilə bağlı danışıqlar prosesinin Azərbaycanın milli maraqlarına cavab verən prinsiplər əsasında aparıldığını göstərir. Ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı qətiyyən razı salmır. Aşkar görünür ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqiiqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. "Nə hərb, nə sülh" vəziyyəti xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Serj Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür.

Prezident İlham Əliyev "əl-Cəzirə" televiziya kanalına müsahibəsində bildirmişdi: "Azərbaycanın bütün beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinə əsasən, öz ərazi bütövlüyünü istənilən vasitə ilə bərpa etmək üçün tam hüququ vardır. Elə ölkələr var ki, onlar özünün yerləşdiyi əsas ərazidən min kilometrlərlə uzaqda ərazi bütövlüklərini bərpa etmişlər. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir. Dağlıq Qarabağın Ermənistan ilə heç zaman inzibati sərhədi olmayıb. Hətta sovetlər dövründə bu ərazinin,  - o zamanlar Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı, - Ermənistan ilə heç bir inzibati sərhədi yox idi. Dağlıq Qarabağın əhalisinin təqribən 30 faizi etnik azərbaycanlı idi. Buna görə də bizim ərazi bütövlüyümüzü istənilən yolla bərpa etməyə tam hüququmuz vardır. Lakin biz bunu sülh yolu ilə etmək istəyirik".

Portuqaliyanın paytaxtı Lissabon şəhərində NATO-nun zirvə toplantısı və bu çərçivədə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən dövlət və hökumət başçılarınn iclasının nəticələri də Ermənistan üçün ağır olmuşdur. Belə ki, dünyanın çox nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmişdir. Xatırladaq ki, NATO əvvəllər də qəbul etdiyi sənədlərdə eyni mövqe nümayiş etdirmişdi. Cari ilin mayında Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə - NATO-nun qərargahına səfəri zamanı bu məsələ diqqət mərkəzində olmuşdur. Ermənistan prezidenti təşkilatın baş katibi Anders Foq Rasmussenlə birgə keçirdiyi mətbuat konfransında NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməməsini istəmişdi. İşğalçı Ermənistan tərəfinin bütün cəhdlərinin əbəs olduğu NATO-nun son zirvə toplantısında bir daha təsdiqləndi. Təşkilatın yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyüsuverenliyi növbəti dəfə dəstəkləndi.

Bəyanatda ərazi bütövlüyü məsələsi ilə bağlı qeyd olunmuşdur ki, Şimal Alyansı Gürcüstan, Azərbaycan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərini bir daha tanıdığını vurğulayaraq hər bir münaqişənin prinsipini nəzərə almaqla bu regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edir. Bu bəyanatda Azərbaycanın da ərazi bütövlüyü tanındığı üçün Ermənistan, ümumiyyətlə, sənədin belə bir şəkildə tərtib edilməsini istəməyib. Lakin bəyanatın mətni əvvəlcədən üzv ölkələrlə razılaşdırılıb və Ermənistanın bu istəyi nəzərə alınmayıb. NATO-nun zirvə toplantısında qəbul olunan yekun bəyanatda  Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bir daha ifadə olunması haqq işimizin nüfuzlu beynəlxalq qurumlar tərəfindən müdaifə edildiyini növbəti dəfə sübuta yetirdi.

Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin nəzərəçarpacaq dərəcədə güclənməsi, ATƏT-in Minsk qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması rəsmi Bakının mühüm siyasi üstünlüyü kimi vurğulana bilər. Çünki Azərbaycanın sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi şəkildə narahat edir. Prezident İlham Əliyev münaqişə ilə bağlı Azərbaycanın tutduğu prinsipial mövqeyi bir daha diqqətə çatdırmışdır: "Münaqişənin həll olunması beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni silahlı qüvvələri bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı, azərbaycanlıların öz ata-baba yurdlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququ olmalıdır. Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. DünyadaAvropada muxtariyyətlərin yaxşı nümunələri vardır".

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-22 oktyabr.- S.  6.