Konstitusiya Məhkəməsi Palatasının iclası olmuşdur

 

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Səbinə Arif qızı Əhmədovanın şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 17-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2011.-22 oktyabr.- S.  6.