Avstriya Respublikasının Federal Prezidenti zati-aliləri cənab Haynts Fişerə

 

Hörmətli cənab Federal Prezident!

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Biz Azərbaycan-Avstriya münasibətlərinə böyük əhəmiyyət veririk. Bu mənada siyasi, iqtisadi və mədəni əlaqələrimizin hazırkı inkişaf dinamikası xüsusi məmnunluq doğurur.

Əminəm ki, bu günlərdə ölkəmizə səfəriniz, Bakıda keçirdiyimiz görüşlər, ikitərəfli münasibətlərimizin gündəliyinə dair apardığımız dəyərli müzakirələr əlaqələrimizin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsinə mühüm töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 26 oktyabr.- S.  1.