Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilmişdir

 

 Oktyabrın 25-də UNESCO-nun iki ildən bir keçirilən Baş Konfransının növbəti 36-cı sessiyasının birinci günündə Baş Konfransın Prezidenti ilə yanaşı, qurumun elektoral qruplarından vitse-prezidentlərinin seçkisi keçirilmişdir. Azərbaycan da qurumun vitse-prezident  vəzifəsinə  seçilmişdir. Ölkəmizin Almaniya, ABŞ, Çin, Fransa kimi dünyanın aparıcı dövlətləri ilə bir sırada UNESCO-nun ən mötəbər mühüm qurumuna vitse-prezident seçilməsi Azərbaycanda  bütün sahələrdə gedən inkişafın   birinci xanımın, UNESCO-nun xoşməramlı səfiri Mehriban  Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmizlə qurum arasında yaranmış əlaqələrin  bariz göstəricisidir. 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 27 oktyabr.- S.  3.