Azərbaycanda bir neçə proqram icra edilir, hər birinin təməlində isə icra mexanizmləri, maliyyə resursları var

 

 Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında söyləyib

 

"Ünvanlı sosial yardım  aparılır. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın".

 

İlham Əliyev

 

 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ölkənin gələcək inkişaf istiqamətlərinə nəzər salmaq baxımından da olduqca mühüm bir tədbir idiburada qaldırılan məsələlərə əsasən inamla demək olar ki, bu istiqamətdə görülən və görüləcək işlər arasında əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması həmişəki kimi dövlətin prioritet vəzifələrindən biri olaraq qalmaqdadır.

Son illər bu istiqamətdə atılan addımlar, görülən işlər diqqətəlayiqdir. Artıq son 7 ildə yoxsulluq həddində yaşayanların sayı 5 dəfəyədək azalıb və bu rəqəmin get-gedə aşağı düşəcəyi də proqnozlaşdırılır. Bu məsələnin ardıcıl şəkildə həll olunması üçün görülən tədbirlər kompleks xarakter daşıyır, yəni bir çox sahəni əhatə edir. Bu, həm iqtisadi tərəqqi, həm siyasi sabitlik, həm də kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların verilməsi, müxtəlif texnikanın alınması və onun güzəştli şərtlərlə icarədarlara çatdırılması, gübrə və yanacağın ən münasib qaydalarla fermerlərə, adamlarına  paylanmasını və digər məsələləri əhatə edir. Ölkənin ümumi inkişafını - böyük infrastruktur layihələrini, elektrik xətlərinin və yeni yolların çəkilməsini də buraya əlavə etsək, görülən işlərin ümumi mənzərəsi göz önündə canlanar.

Son doqquz ayda regionlarda 74 min yeni yeri açılıb, onlardan 50 mini daimidir. Ümumilikdə son illər ərzində açılan yerlərinin sayı 1 milyona yaxındır.

Bu il qəbul olunan proqramlar arasında ikisi xüsusi fərqlənir. - "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" "Bakı Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı" proqramları. İkinci proqram daha qısamüddətlidir - 2011-2013-cü illəri əhatə edir. Hər iki proqramın icrası sosial problemlərin həllinə birbaşa təsir göstərir. Dövlət başçısı bu digər məsələlərə toxunarkən xüsusi vurğulayır: "Yenə deyirəm ki, bu məqsədlərə çatmaq üçün biz son illər ərzində çox gərgin işləmişik. Azərbaycanda bir neçə proqram icra edilir. Hər bir proqram konkret məna daşıyır. Heç bir proqram, sadəcə olaraq, hansısa bir niyyət, şüar xarakteri daşımır. Hər bir proqramın təməlində icra mexanizmləri, maliyyə resursları düşünülmüş cədvəli vardır".

Sosial məsələlərin həlli icra mexanizmi, maliyyə resursu cədvəli tələb edən vacib məsələlərdəndir. Son vaxtlar dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılmasını, eləcə təqaüdçülərin pensiya təminatının yaxşılaşdırılmasını bu sahədə böyük bir addım saymaq olar. Xüsusilə iyulun 1-dən 2006-cı ilə kimi pensiyaya çıxmış vətəndaşların - 900 minə yaxın vətəndaşın orta pensiyasının təxminən 40 faiz artırılması təqdirəlayiqdir. Bütövlükdə 9 ay ərzində respublikamızda pensiyanın səviyyəsi 35 faiz artıb. Dövlət başçısının qeyd etdiyi kimi: "Bu çox böyük göstəricidir, çox böyük nailiyyətdir, çox ciddi addımdır yaşlı nəslin maddi cəhətdən daha da yaxşı təminatı üçün vaxtında atılmış çox düzgün ədalətli bir addımdır".

Ümumiyyətlə, dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda bütün bunlar  analoqu olmayan bir addımdır. O səbəbdən ki, həmin çətinliklər üzündən bir sıra ölkədə təqaüdlər kəsilir, maaşlar, yardımlar azaldılırsa, bizdə əks proseslər gedir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsindən danışarkən maaş artımını da unutmaq olmaz. İnsanların maaşı pul gəlirləri ölkənin artan iqtisadi gücünə tempinə əsaslanır. İndi ölkədə orta pensiya səviyyəsi 190, orta maaş isə 450 dollardır. Ümumiyyətlə, sosial cəhətdən ən az müdafiə olunan vətəndaşlara ünvanlı sosial yardım göstərilməsi dövlətin prioritet vəzifələrindəndir. Bu proqrama əsasən, respublikamızda 113 min ailə hər ay vəsati alır bu vəsaitin həcmi hər bir ailə üçün 102 manat səviyyəsindədir.

Bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas ölkəmizin həyatında baş verən müsbət dəyişikliklərin dinamikasını izləmək baxımından da olduqca əhəmiyyətlidir. Dövlət başçısının yekun nitqində bildirdiyi kimi: "Bir sözlə, planlarımız çoxdur. Hər bir sahə üzrə konkret işlər aparılır. Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr icra ediləcək artıq gələn il bizi gözləyən işlərlə indidən məşğul olmağa başlamalıyıq". 

Bəli, Azərbaycan iqtisadiyyatı siyasi həyatı öz gücü   miqyası ilə bərabər, humanistliyi ilə fərqlənir. Bu, uşağa, qadına, qocaya - hər kəsə yönəli bir siyasət iqtisadi xətdir.  

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-28 oktyabr.- S.  3.