Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçıları oktyabrın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 29 oktyabr.- S.  4.