Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmişdir

 

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmişdir.

Nümayəndəlikdən AzərTAc-a daxil olmuş bəyanatda deyilir: "Avropa İttifaqının nümayəndəliyi Azərbaycanı 2012-2013-cü illərdə  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik edir. Azərbaycan hökumətinin göstərdiyi səyləri qəbul edərək 155 dövlət mühüm beynəlxalq təşkilatda ölkənin xeyrinə səs vermişdir. Bu yeni kontekstdə Aİ-nin nümayəndəliyi BMT-nin sülhdemokratiya dəyər və prinsipləri ilə bağlı öhdəliklərini rəğbətlə qarşılayır. Aİ də bu dəyər və prinsipləri bölüşür. Nümayəndəlik bu yeni status nəticəsində ortaya çıxan çağırış və imkanların cavablandırılmasında Azərbaycana yardım göstərməyə hazırdır. Biz əməkdaşlığın genişlənəcəyinə və bütün beynəlxalq məsələlərdə daha yaxın dialoqun qurulacağına ümidvarıq".

 

 

Azərbaycan.- 2011.- 29 oktyabr.- S.  7.