«Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  qərara alır:

"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq  haqqında" 2011-ci il iyunun 8-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 30 oktyabr.- S. 1.