Y.M.Nuriyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Yaşar Məmmədsadıq oğlu Nuriyev "Şöhrət" ordeni ilə təltif edilsin.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.