Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Səuda

 

Şahzadə həzrətləri!

Əziz qardaşım!

Həyat yoldaşınız Şahzadə Munira bint Əbdüləziz bin Musaidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 sentyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.