Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat

 

Sentyabrın 2-də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cari il avqustun 26-da Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yaymışdır.

XİN-in mətbuat xidmətindən daxil olmuş bəyanatda deyilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, 2011-ci il avqustun 26-da Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cenevrə Müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır".

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 1.