Prezident İlham Əliyev Binəqədi qəsəbəsindəki 179 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsindəki 179 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Görülən işlərlə bağlı dövlət başçısına məlumat verildi. İki birləşmiş korpusdan ibarət olan 179 nömrəli məktəbdə 2350 şagirdin təhsil aldığı bildirildi. İki mərtəbədən ibarət korpuslardan biri 1936-cı ildə, üç mərtəbədən ibarət digər korpus isə 2005-ci ildə inşa olunub. Yeni dərs ili ərəfəsində 179 nömrəli orta məktəb binası əsaslı şəkildə təmir edilib. Sinif otaqları, dəhliz və ayrı-ayrı fənn kabinetləri müasir standartlar səviyyəsində yenidən qurulub. Məktəbdə şagirdlərin təhsili üçün lazım olan bütün şərait yaradılıb.

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan dövlət başçısı yeni məktəb binasının inşası üçün müvafiq yer ayrılması barədə göstərişlər verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 2.