Slovakiyanın Moskvadakı səfirliyi Dağlıq Qarabağa «müstəqilliyinin» 20 illiyi münasibətilə göndərilmiş təbrik barədə informasiyanı təkzib etmişdir

 

Sentyabrın 5-də Slovakiyanın Moskvadakı səfirliyi Slovakiya vətəndaşları Yan ÇarnoqurskiFrantişek Mikloşko adından Dağlıq Qarabağa "müstəqiliyinin" 20 illiyi münasibətilə göndərilmiş təbrik barəsində 2011-ci il sentyabrın 1-də Rusiya, Azərbaycan və Ermənistanın KİV-lərində dərc olunuş informasiyanı təkzib etmişdir.

Slovakiyanın Moskvadakı səfirliyinin təkzibində deyilir ki, təbrik onların öz təşəbbüsüdür,  KİV-lərdə dərc olunmuş informasiyada göstərilən vəzifələri - "Slovakiya hökumətinin baş naziri və Milli Məclisin sədri" vəzifələri isə həqiqətə uyğun deyildir. Təkzibdə deyilir: "Yan ÇarnoqurskiFrantişek Mikloşko Slovakiyanın keçmiş deputatları və siyasətçiləridir. Onlar artıq ölkənin fəal siyasi həyatında iştirak etmirlər və Slovakiyanın indiki hökumətində heç bir vəzifə tutmurlar. Dağlıq Qarabağ məsələsində Slovakiya Respublikasının rəsmi mövqeyi dəyişməz qalır, beynəlxalq hüquqaBMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə əməl olunması prinsipinə əsaslanır".

 

 

Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 2.