Prezident İlham Əliyev Şamaxıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

 Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son vaxtlarda yenidənqurma və abadlıq işləri görülmüş, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıq zolağı genişləndirilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2011.-14 sentyabr.-S.2.