Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqronun Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqronun Prezidenti Filip Vuyanoviç "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Monteneqronun və Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra Monteneqro Prezidenti Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtını seyr etdi. Ali qonağa Bakıda aparılan quruculuq işləri barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 3.