«Neftçilər Günü» münasibətilə Dənizkənarı Milli Parkda sərgi təşkil edilmişdir

 

 Sentyabrın 20-də Dənizkənarı Milli Parkda "Neftçilər Günü" peşə bayramı münasibətilə sərgi  təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, qocaman neftçilər, paytaxt sakinləri qonaqlar burada təşkil olunmuş pavilyonlarda ölkənin neft sənayesinin inkişafını əks etdirən sərgiyə maraqla tamaşa etmişlər.

Neftçıxarma neftayırma sənayelərinin müxtəlif mürəkkəb qurğularının, Xəzər Dəniz Neft Donanması gəmilərinin maketləri, rəngarəng stendlər fotoşəkillər tamaşaçılarda şərəfli peşə sahiblərinin əməyi haqqında aydın təsəvvür yaradırdı. Sərgi boyunca quraşdırılmış monitorlarda Azərbaycan neftçilərinin rəşadətli əməyini, ümummilli liderimiz Heydər Əliyevin müdrikliyinin, uzaqgörənliyinin, qətiyyətinin iradəsinin təntənəsi olan yeni neft strategiyasının reallaşmasını, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişini, habelə Prezident İlham Əliyevin neft-qaz sənayesinə aid müxtəlif zavodların açılışlarında iştirakını əks etdirən sənədli kadrlar nümayiş etdirilmişdir. ARDNŞ-in tabeliyində olan müxtəlif zavod, idarə müəssisələrin dinamik inkişafını əks etdirən filmlər sərgi ilə tanış olanlara onların həm tarixi, həm bu günü haqqında ətraflı məlumat vermişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ARDNŞ tərəfindən bölgələrdə aparılan tikinti quruculuq işləri barədə məlumatların toplandığı stendlərdə 2003-cü ildən başlayaraq, şirkət tərəfindən inşa olunmuş müxtəlif sosial təyinatlı obyektlər - məktəblər, uşaq bağçaları, müalicə-diaqnostika mərkəzləri xəstəxanalar haqqında tam informasiya almaq olurdu. ARDNŞ-in Sosial İnkişaf İdarəsinin tabeliyində olan uşaq bağçalarında tərbiyə alan balacaların əl işləri tamaşaçılar tərəfindən maraqla qarşılanmış, bu məktəbəqədər tərbiyə müəssisələrinin balaca rəqqaslarının çıxışları alqışlarla müşayiət olunmuşdur. "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin gənc idmançılarının nümunəvi çıxışları mərkəzdə qabaqcıl idman ənənələrinin uğurla davam etdirilməsinin təsdiqinə çevrilmişdir.

Şirkətin beynəlxalq əlaqələrini, həyata keçirdiyi müxtəlif, o cümlədən ekoloji layihələri əks etdirən stendlər tamaşaçılarda xoş ovqat yaratmışdır.

 

 

Azərbaycan.-2011.-21 sentyabr.-S.2.