Nazirlər Kabinetinin iclasında 2012-ci ilsonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilmişdir

 

 Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, iclasda 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmiş, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilmişdir.

2012-ci il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ardıcıl olaraq əhalinin maddi rifah halının yaxşılaşdırılmasına yönələn sosial-iqtisadi siyasətin davam etdirilməsi, dünya iqtisadiyyatında gözlənilən meyillər və müşahidə olunan qlobal maliyyə böhranı şəraitində iqtisadiyyatda əldə olunan nailiyyətlərin qorunub saxlanması və inkişafı nəzərə alınmaqla tərtib edilmişdir.

Layihə hazırlanarkən Azərbaycan dövlətinin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiya yönümlü olmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilmişdir.

2012-ci il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə ümumiqtisadi tarazlıq və dövlətin əsas funksiyalarının təmin olunması prinsiplərinə əsaslanaraq yanaşılmışdır. 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon 400 min manat təşkil edir. Xərclər hissəsi isə 16 milyard 984 milyon 400 min manat proqnozlaşdırılmışdır. Ümumi daxili məhsul (ÜDM) 43,5 milyard manat həcmində nəzərdə tutulur.

Növbəti ilin dövlət büdcəsinin sosial yönümlüyü investisiya xarakterli olması təmin edilmişdir. Məqsədli dövlət proqramlarının tədbirlərin maliyyə təminatı üçün xərcləri nəzərə almaqla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə digər sahələr üzrə xərclər artmışdır.

Konsepsiya proqnozların hazırlanması prosesində 2011-ci ilin gözlənilən yekunları ötən dövrün sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə ölkə iqtisadiyyatının davamlılığının təmin edilməsi şərtləri gələcək inkişafa təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meyilləri, neftin dünya qiymətinin dəyişkənliyi digər faktorlar nəzərə alınmışdır.

2012-2015-ci illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları, o hazırlanarkən beynəlxalq təşkilatların, bank maliyyə qurumlarının proqnozları, o cümlədən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma İnkişaf Bankının, Asiya İnkişaf Bankının proqnozları bu proqnozlara təsir edə biləcək amillər təhlil edilmişdir. Məlum olduğu kimi, həmin beynəlxalq qurum təşkilatların Azərbaycan iqtisadiyyatının inkişaf tempi ilə bağlı proqnozları artan istiqamətdədir.

Müzakirələrə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2012-ci il üçün ÜDM-in real artım tempi 5,7 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 8,6 faiz, neftin bir barelinin dünya bazar qiyməti 80 dollar, inflyasiyanın səviyyəsi isə 6 faiz həcmində nəzərdə tutulur.

 Nazirlər Kabinetinin iclasına yekun vuran Baş nazir Artur Rasizadə qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təməli qoyulmuş hazırda Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın gələcəkdə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə beynəlxalq münasibətlərdə daha böyük uğurlar əldə edəcəyinə əminlik yaradır.

İclasın sonunda Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsi layihəsinin və digər müvafiq sənədlər zərfinin ölkəmizin Prezidentinə təqdim olunması barədə qərar qəbul edilmişdir.

 

 

Azərbaycan.-2011.-22 sentyabr.-S.2.