İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda

 

Əlahəzrət!

Əziz qardaşım!

Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızın mənəvi birliyindən güc alan dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 sentyabr 2011-ci il

 

Azərbaycan.-2011.-23 sentyabr.-S.1.