Tanınmış müğənni və bəstəkar Emin Ağalarov

 Müslüm Maqomayevə həsr olunmuş verilişdə çəkilmişdir

 

 Tanınmış müğənni və bəstəkar Emin Ağalarov Rusiyanın "1-ci kanal"ının "Dostoyaniye Respubliki" layihəsi çərçivəsində Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevə həsr etdiyi eyniadlı televiziya verilişində çəkilmişdir. AzərTAc Emin Ağalarovun rəsmi saytına istinadla xəbər verir ki, çəkilişlər zamanı tanınmış müğənni Müslüm Maqomayevin 1973-cü ildə oxuduğu "Bremen musiqiçilərinin izi ilə" cizgi filmindən məşhur "Qızıl Günəşin şüaları" mahnısını ifa etmişdir. Verilişin efirə cari ilin oktyabr-noyabr aylarında buraxılması gözlənilir. 

 

Azərbaycan.-2011.-23 sentyabr.-S.8.