Qırmızı qəsəbənin sakinləri ilə görüş

 

Prezident İlham Əliyev Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.

 

Sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi:

 

- İşlər yaxşı gedir, bütün bölgələr inkişaf edir, eyni zamanda, Quba da. İndi Qubada yeni su layihəsi başlayır. Qəsəbədə olacaqdır. Qubada da, başqa bölgələrdə içməli su, kanalizasiya problemi vardır. Əminəm ki, yaxın zamanlarda, bir il, il yarım ərzində su problemi tamamilə aradan qaldırılacaqdır. Kanalizasiyaya gəldikdə, bu, ümumiyyətlə heç vaxt olmamışdır. Ona görə indi tam, yeni, müasir səviyyədə olmalıdır. Quba da gözəlləşir, yaxşı binalar tikilir. Qəsəbədə işlər yaxşıdır. Qubada gözəl, möhtəşəm Heydər Əliyev Mərkəzi tikilibdir. İndi Qubanın küçələri abadlaşır, kənd yolları da.

 

SAKİN: Ümumiyyətlə, Azərbaycanda bütün yerlərdə olduğu kimi, Qubada da çox görülür.

 Prezident İlham ƏLİYEV: Mənə dünən dedilər ki, bizim açdığımız Diaqnostika Mərkəzi indi tam gücü ilə işləyir. Camaat da gedir, orada müalicə olunur.

SAKİN: edilirsə, gələcək nəzərə alınaraq edilir.

Prezident İlham ƏLİYEV: Əlbəttə, biz planlaşdırırıq. İndi Qubanın su-kanalizasiya təchizatını biz əhalinin artımını nəzərə almaq şərti ilə 2035-ci ilə qədər hesablamışıq. Əlbəttə, inkişaf gedir. "Şahdağ",  "Xaçmaz" elektrik stansiyalarını tikdik. İndi bu bölgədə işıq problemi yoxdur. Burada, qəsəbədə qaz təchizatı necədir?

SAKİN: Qaz yəqin ki, olacaqdır. Çünki təzə xətlər çəkilir.

Prezident İlham ƏLİYEV: Başlayıblar?

SAKİN: Bəli başlayıblar, gedir.

Prezident İlham ƏLİYEV: Tamamilə qazlaşdırma olmalıdır.

SAKİN: Bu ətraf kəndlərdə aparılır.

Prezident İlham ƏLİYEV: Ətraf kəndlərdə borular yeni üsulla çəkilir. Bu, müasir yanaşmadır. Dünən qubalılar məsələ qaldırdılar ki, o köhnə körpünü bərpa edək.

SAKİN: Bu, çox vacibdir. Biz ona "Dostluq" körpüsü deyirik. Çünki Quba ilə qəsəbəni birləşdirən bu körpünün 150 illik tarixi vardır.

Prezident İlham ƏLİYEV: Qədim körpüdür. İndi mənə deyirlər ki, ancaq piyadalar keçə bilər. Mən dünən nəqliyyat nazirinə göstəriş verdim ki, onu gözəl tiksinlər. Bir körpü var sizdə?

SAKİN: Tarixi abidə kimi yenidən qurulacaq?

Prezident İlham ƏLİYEV: Bəli, yenidən qurulacaq, həm tarixi abidə kimi, həm maşınlar da keçə bilsin. Tapşırıq vermişəm. Onu da edəcəyik.

SAKİNLƏR: Çox sağ olun. Allah razı olsun. Allah Sizə cansağlığı versin.

Prezident İlham ƏLİYEV: Sağ olun.

 

 

 AzərTAc

 

Azərbaycan.-2011.-25 sentyabr.-S.4.