Pol VİLLE: Azərbaycanın dinamik inkişafı böyük sevinc doğurur

 

 "Mən bir neçə dəfə Azərbaycana səfər etmişəm və hər dəfə yeniliklərin şahidi olmuşam. Ölkənin  dinamik inkişafı böyük sevinc doğurur, xoş təəssürat bağışlayır".

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə beynəlxalq bayram tədbirində iştirak edən AŞ PA-nın belçikalı fəxri üzvü Pol Ville demişdir.

Bu inkişafın həm demokratiya, həm iqtisadi, həm də beynəlxalq müstəvidə müşahidə olunduğunu qeyd edən P.Ville vurğulamışdır ki, Azərbaycan çox uğurlu xarici siyasət aparır. Qonaq demişdir: "Dövlətinizin başçısı, hökumətiniz beynəlxalq əlaqələrə xüsusi önəm verir".

Azərbaycan xalqının qonaqpərvərliyinə yaxından bələd olduğunu bildirən Pol Ville vurğulamışdır: "Biz Azərbaycanın dostlarıyıq və beynəlxalq aləmdə sizə daim dəstək olmağa hazırıq".

 

 

Azərbaycan.-2011.-25 sentyabr.-S.7.