Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət naziri Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika  üzrə dövlət naziri Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.           

Görüşdə Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulandı və bu əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2011.-29 sentyabr.-S.1.