Düşünülmüş, sürətli və davamlı inkişaf

 

 "İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən  "xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

 

 İlham ƏLİYEV

 

 Heydər Əliyev ideyalarını layiqincə yaşadan Fond

 

 Müasir Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən ümummilli lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biriulu öndərin humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi olan Heydər Əliyev öz xeyirxahlığı, sosial ədalət prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərləri daim uca tutması, cəmiyyətin tərəqqisi naminə göstərdiyi titanik fəaliyyəti ilə də yaddaşlarda əbədi iz qoyub. Ümummilli liderin bu nəcib əməllərini davam etdirən, onun milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində bu gün mühüm rol oynayır.

Fəaliyyət və məqsədləri kifayət qədər geniş olan, ictimai həyatın, demək olar ki, bütün sahələrini  əhatə edən, cəmiyyətin inkişafında, səhiyyə, təhsil kimi mühüm sferalarda yaranan problemlərin həllində, milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondu öz nəcib fəaliyyəti ilə cəmiyyətdə bir ümid və pənah ünvanına çevrilib. Mənəvi sərvətimizin və milli mədəniyyətimizin sadiq qoruyucusuna çevrilən Fond mühüm ideoloji-humanitar mərkəz kimi millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik möhtəşəm layihələri uğurla reallaşdırır. Xalqın milli varlığını özündə yaşadan zəngin mənəvi-intellektual və mədəni mülkiyyətin qorunması istiqamətində yorulmaz  fəaliyyət göstərən Heydər Əliyev Fondu ötən dövrdə böyük inkişaf yolu keçərək ölkə sərhədlərindən çox-çox kənarda da Azərbaycan haqqında obyektiv ictimai rəyin formalaşmasında müstəsna nailiyyətlərə imza atıb və atmaqdadır.

Təkcə Azərbaycan yox, elə beynəlxalq ictimaiyyət arasında geniş rəğbət qazanan, hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında yer alan Fondun ən böyük uğurlarından biri  ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa öz töhfələrini verməsi, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçməsidir. Bununla yanaşı, qloballaşan dünyada ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin əhəmiyyətini vurğulamaq niyyətinə köklənən Fond Heydər Əliyevin azərbaycançılıq ideologiyasının yaşadılmasında,  milli irsin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərməkdədir.

Fondun yaradılmasını zərurətə çevirən səbəblərə gəlincə, bunların sırasında ilk növbədə, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi, ulu öndərin siyasi məfkurəsinin davam etdirilməsi zərurəti, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti, bu dahi şəxsiyyətin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi qeyd olunmalıdır. 2004-cü ilin mayında fəaliyyətə başlayan Heydər Əliyev Fondu böyük amallar və məqsədlərə xidmət etməklə yanaşı, bu gün yardıma ehtiyacı olan hər bir insanın ümid yerinə çevrilib. Fondun açılış mərasimində Prezident İlham Əliyev fəxri qonaqlar kitabında ürək sözünü belə ifadə edib: "Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Bu bayram günündə onun adını daşıyan Fondun təqdimat mərasimi keçirilmişdir. Heydər Əliyev Fondu xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatlar və Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır. Heydər Əliyevin ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbədi yaşayacaqdır. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan onun yolu ilə irəliyə, yeni qələbələrə doğru inamla gedəcəkdir".

Heydər Əliyevin ideyalarını və əməllərini yaşadan  Fondun yaradılması aşağıdakı səbəblərlə bağlıdır: Azərbaycan xalqının öz ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi; Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti; qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti; Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi.

Fəaliyyəti dövründə Fond həm kifayət qədər gərgin işlər görüb, həm də qarşıya qoyulan məqsədlərə çatılması istiqamətində mühüm nailiyytlərin müəllifi kimi çıxış edib. Böyük xeyirxahlıqlar məbədi kimi də yaxşı tanınan Heydər Əliyev Fondu humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyəti ilə cəmiyyətdə dərin rəğbət qazanaraq hər zaman insanları narahat edən problemlərə həssaslıqla yanaşır. Elə ən böyük hakim olan zaman da Fondun öz fəaliyyəti ilə Azərbaycanın ictimai həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə ölkəmizdə analoqu olmayan qeyri-dövlət qurumu olduğunu konkret əməllər timsalında sübuta yetirib.

Artıq Azərbaycanın, azərbaycançılığın, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq Heydər Əliyev Fondunun geniş spektrli fəaliyyətinin mühüm məqamları kimi müasir tariximizə unudulmaz səhifələr yazıb. Ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyalarla silahlanan, onların reallaşmasına əməldə dəstək verən, genişmiqyaslı proqram və layihələr hazırlayan, həyata keçirən Heydər Əliyev Fondu ölkədaxili və xarici fondlarla, müxtəlif QHT-lərlə, ictimai təşkilatlarla da əməkdaşlığı möhkəmləndirməkdədir. Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olanlara kömək etmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Heydər Əliyev Fondunun məqsədləri sırasında öncül yerlərdən birini tutur. Ümumiyyətlə, Fondun məqsədləri aşağıdakı ardıcıllıqla qruplaşdırılır:

- görkəmli siyasi xadimin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək;

- Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasına kömək etmək;

- elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək;

- respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək;

- yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək;

- insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək;

- Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək;

- uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək;

- Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək;

- Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq;

- respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək;

- elmi tədqiqatların aparılmasına yardım göstərmək;

- xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək;

- uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək;

- səhiyyə və tibbi təsisatları inkişaf etdirmək;

- ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək;

- Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfransseminarlar təşkil etmək;

- uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək;

- dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək.

Fondun qarşıya qoyduğu məqsədlərin belə çoxluğu onun humantiar sahədə fəaliyyət miqyasının nə qədər geniş olduğunu, bu fəaliyyətin təkcə Azərbaycan sərhədləri çərçivəsində məhdudlaşmayaraq, dünya spektrində özünü qabarıq büruzə verdiyini aydın göstərir. Bununla yanaşı, Fondun fəaliyyət istiqamətləri də olduqca genişdir. Təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, elmtexnologiya, ekologiya kimi vacib sferalar   Fondun fəaliyyətinin əsas istiqamətləri sırasındadır.

 

 İnkişafın ən müxtəlif sahələrini əhatə edən uğurlu fəaliyyət

 

 Fəaliyyətə başladığı müddətdən 2010-cu ilin sonuna kimi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" və digər proqramlar çərçivəsində 300-dək məktəb və uşaq bağçası  tikilib istifadəyə verilib, yaxud əsaslı təmir edilib. Eyni zamanda, həmin təhsil müəssisələri müasir avadanlıqlarla təchiz olunub, Fondun təşəbbüsü və dəstəyi ilə müxtəlif bilik yarışları keçirilib.

Fond həyata keçirdiyi böyük layihələrlə dövlətin təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib planların reallaşmasına mühüm töhfələr verib.  Cəmiyyətdə maarifçilik xəttinin güclənməsinə xüsusi önəm verən Fond təhsilin  xalqın, dövlətin gələcəyi baxımından böyük əhəmiyyət kəsb etməsi reallığını nəzərə alaraq sözügedən sahənin, elmin dinamik inkişafı, milli-mədəni irsin mənfi təsirlərdən qorunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması istiqamətində məqsədyönlü işlər görür. O da mühüm faktdır ki, maarifçilik sahəsində Fondun fəaliyyəti sferası olduqca genişdir. Bu kontekstdə Fondun prezidentinin  birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi xüsusi qeyd edilməlidir. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, yerlixarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirməkdir.

Qeyd edildiyi kimi,  6 il ərzində bu layihəyə uyğun olaraq 300-dək məktəb və uşaq bağçası  tikilib istifadəyə verilibya əsaslı təmir edilib. Ən yüksək tələblərə cavab verən bu təhsil ocaqları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompyuterlərlə təchiz olunub. Bu, sözün həqiqi mənasında, kifayət qədər böyük uğurdur və həmin layihə ilə bağlı təşəbbüs irəli sürülərkən onun nə dərəcədə reallığa əsaslandığının bariz göstəricisidir. Fondun prezidenti Mehriban xanım Əliyeva bununla bağlı bildirmişdir: "Ölkəmizdə çox böyük əks-səda doğuran  "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə  "dəyirmi masa" keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər".

Heydər Əliyev Fondunun  təhsil sferasında daha bir mühüm layihəsi "Uşaq evləri və internat-məktəblərin inkişafı proqramı"dır. Proqram çərçivəsində Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evlərində, internat-məktəblərdə mövcud problemlər öyrənilərək onların aradan qaldırılması üçün konkret addımlar atılıb. Xeyli sayda uşaq müəssisəsi əsaslı təmir olunaraq,  yeni avadanlıqlarla təchiz edilib. Ümumiyyətlə, uşaqların xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il ərəfəsində müxtəlif orta məktəblərin təhsildə fərqlənən şagirdləri, uşaq evləri və internat-məktəblərdə tərbiyə alan, qaçqın və məcburi köçkün ailəsindən olan, valideyn himayəsindən məhrum uşaqlar üçün şənlik təşkil edilir. Bununla yanaşı, Heydər Əliyev Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən yeniyetmələrin mənzillə təmin olunmasını da diqqət mərkəzində saxlayır.

Ulu öndərin adını daşıyan Fondun  "Təhsilə dəstək" layihəsi isə qurum tərəfindən hər il Ermənistanın işğal siyasəti nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edilir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.  "Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Bununla yanaşı, Fond xarici dildə çap edilən bir çox vacib nəşrləri Azərbaycan dilinə tərcümə etdirərək oxucuların diqqətinə çatdırır. Həmçinin təhsil sahəsində Fond uğurlu beynəlxalq əməkdaşlığı da həyata keçirir. Bütün bunlar Fondun təhsil sahəsində fəaliyyətinin kifayət qədər geniş olduğunu bir daha aydın göstərir.

Fond digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır. Onlardan biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsidir. 2004-cü il dekabrın 4-də Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerlixarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edildi, bu xəstəliyə tutulmuş 14 yaşadək 310 uşağın dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırıldı. Bu indidavam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, qlükometr və dərmanlar sarıdan korluq çəkmirlər.

Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biritalassemiya xəstəliyi ilə bağlıdır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal dioqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Layihə çərçivəsində İtaliya, Türkiyə, Yunanıstan və İsrailin talassemiya ilə mübarizə sahəsində təcrübəsi öyrənilib. Bir sıra ölkələrin talassemiya sahəsində tanınmış mütəxəssislərinin ölkəmizə səfərləri təşkil edilərək müzakirələr, təcrübə mübadiləsi aparılmışdır. Bütün bunlar yerli mütəxəssislərin hazırlanmasında mühüm rol oynayıb. Həmçinin müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzinin yaradılması həmin layihənin Azərbaycan səhiyyəsinə sanballı töhfəsidir.

Ümumiyyətlə, səhiyyə sahəsində Fond tərəfindən "Talassemiyasız həyat naminə" "Diabetli uşaqlara ən yüksək qayğı" layihələri həyata keçirilir. Fond səhiyyə müəssisələrinin yenidən qurulmasına, fiziki cəhətdən qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzlərinin inşa edilməsinə və müasir avadanlıqla təchiz olunmasına xüsusi önəm verir. Fond dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq edir. "Fresenius Medical Care", "Karl-Storz", "Servier" kimi nüfuzlu şirkətlər tərəfindən Fonda bağışlanmış müasir tibbi avadanlıq və dərman preparatları ölkənin müvafiq tibb müəssisələrinə təqdim olunub.

Heydər Əliyev Fondu tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi"nə dair birgə layihə həyata keçirilib. Bununla yanaşı, Fond tərəfindən Rabitə və İnformasiya Texnologiyaları NazirliyiBMT-nin İnkişaf Proqramı ilə birgə fiziki imkanları məhdud olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsinin artırılması məqsədilə Gəncə və Naxçıvan şəhərlərində Regional İnformasiya Mərkəzləri yaradılıb.

Azərbaycan mədəniyyətinin inkişafına da Heydər Əliyev Fondu tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Xüsusən də Fond Azərbaycan muğam sənətinin inkişafı və qorunmasına xidmət edən mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzi və Müasir İncəsənət Muzeyi yaradılıb. 2005-ci ildən etibarən Fond tərəfindən ölkəmizdə bir sıra beynəlxalq musiqi festivalları keçirilib. Fond tarixi-mədəniyyət abidələrinin yenidən qurulması, rəsm müsabiqələrinin keçirilməsi, muğam sənətinin inkişaf etdirilməsi, görkəmli mədəniyyət xadimlərinin musiqi albomlarının hazırlanması, muğam müsabiqələrinin və dünya şöhrətli musiqiçilərin yubileylərinə həsr edilmiş beynəlxalq festivalların keçirilməsinə xüsusi önəm verir.

"Azərbaycan muğamı" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəşri Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafında və təbliğində böyük rola malikdir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə muğam YUNESKO tərəfindən Bəşəriyyətin ŞifahiQeyri-Maddi İrsinin "Şah Əsərləri" Siyahısına daxil edilib. 2005-ci ildə "Azərbaycan muğamı" layihəsi çərçivəsində Fond "Qarabağ xanəndələri" musiqi albomunu nəfis şəkildə nəşr etdirib. Albomda 24 sənətçinin ifasında səslənən muğam parçaları xalqımızın qədim və zəngin mədəniyyəti barədə dinləyicilərdə əyani təsəvvür yaradır. Albomun təqdimat mərasimi 2005-ci ilin martında Parisdə, YUNESKO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında olub.

Bütün Azərbaycana məxsus muğam incilərinin toplandığı alboma "Qarabağ xanəndələri" adının seçilməsi təsadüfi olmayıb, konkret siyasi məzmun daşıyır. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının qoyulması yolu ilə Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Fondun təşəbbüsü ilə "Qarabağ" adlı kitabın çapa hazırlanması və işıq üzü görməsi Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və bütün dünyada təbliği baxımından böyük əhəmiyyət daşımışdır.

 

 

 

(ardı var)

 

Azərbaycan.-2011.-2 oktyabr.-S.2.