Azərbaycanın pravoslav xristian icmasına

 

Hörmətli həmvətənlər!

Müqəddəs Milad bayramı münasibətilə sizi Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu diləklərimi yetirirəm.

Azərbaycanda ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan xalqlar etnik azlıqlar həmişə sülh əmin-amanlıq içində yaşamış, səmavi dinlər əsrlər boyu qarşılıqlı hörmət etimad şəraitində fəaliyyət göstərmişlər. Biz mütərəqqi milli-tarixi ənənələr üzərində bərqərar olmuş müasir cəmiyyətimizdə hökm sürən tolerantlığı, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini Azərbaycan dövlətçiliyinin misilsiz nailiyyəti kimi qiymətləndirir haqlı olaraq bununla fəxr edirik. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına daha da inkişaf etdirilməsinə bundan sonra da daimi diqqət qayğı göstəriləcəkdir.

Əziz həmvətənlər!

İsa Peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

Bayramınız mübarək olsun!

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2011-ci il

 

Azərbaycan.- 2011.-  6 yanvar.- S.  1.