ARDNŞ İran Milli Qaz İxracı Şirkəti arasında təbii qazın alqı-satqısına dair sazişin əsas şərtləri imzalanmışdır

 

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının (İİR) neft naziri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilə görüşmüşdür.

ARDNŞ-in prezidenti R.Abdullayev İranın neft naziri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq Azərbaycan təbii qazının İrana ixracı istiqamətində aparılan danışıqların uğurla nəticələndiyini bildirmişdir. O, Azərbaycanın son illər dünya qaz bazarına inamla daxil olduğunu qeyd etmiş, bunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uğurlu neft strategiyasının parlaq təzahürü kimi qiymətləndirmişdir. R.Abdullayev Azərbaycanın hazırda Türkiyə, Gürcüstan Rusiyaya qaz ixrac etdiyini vurğulamış, İranla qaz mübadiləsi proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının təbii qaz təchizatının uğurla həyata keçirildiyini nəzərə çatdırmışdır. O qeyd etmişdir ki, İrana Azərbaycan qazının tədarük olunması məqsədilə infrastrukturun yenidən qurulması layihəsi icra olunmuş, Astara Qaz Kompressor Stansiyasında aparılan işlər uğurla başa çatdırılmışdır. "Artıq Azərbaycan qazının İrana ixrac olunması üçün bütün imkanlar vardır", - deyən R.Abdullayev sazişin əsas şərtlərinin imzalanma üçün hazır olduğunu bildirmişdir.

İranın neft naziri Seyid Məsud Mirkazimi qonaqpərvərliyə görə ARDNŞ prezidentinə minnətdarlığını bildirmişdir. Qonaq qeyd etmişdir ki, Azərbaycan İran arasında iqtisadi münasibətlər iki ölkə prezidentlərinin tapşırıqlarına uyğun olaraq sürətlə inkişaf edir.

Sonra ARDNŞ İranın Milli Qaz İxracı Şirkəti arasında Azərbaycan təbii qazının alqı-satqısına dair sazişin əsas şərtləri imzalanmışdır.

Daha sonra İranın neft naziri Seyid Məsud Mirkaziminin "Əsrin müqaviləsi - 15" yubiley medalı ilə təltif olunduğunu bildirən ARDNŞ-in prezidenti R.Abdullayev medalı qonağa təqdim etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 13 yanvar.- S. 1.