Türkdilli ölkələrin nümayəndələri Astanaya toplaşdılar

 

Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov Türkdilli Ölkələrin Ağsaqqallar Şurasının üzvləri ilə görüşdə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanada olub.

Xatırladaq ki, Türk xalqlarının vahid dil və əlifbasının yaradılması haqqında razılıq hələ 2009-cu ildə Naxçıvanda keçirilən IX zirvə toplantısında əldə edilib.

Türkiyə, Azərbaycan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrin nümayəndələrinin qatıldığı adıçəkilən toplantıda müzakirə olunan məsələlərin vacibliyi bildirilir. Qeyd edilir ki, görüşdə müzakirəyə çıxarılan məsələlər bunlardır: türkdilli ölkələr arasında əlaqələr, ümumi tarixin aşkarlanması, xalqların folklorunun ümumiləşdirilməsi və sair.

Növbəti belə görüşün İstanbulda keçiriləcəyini bildirən akademik onu da vurğulayıb ki, Türk Ölkələri Əməkdaşlıq Şurasının X zirvə toplantısı isə ötən ilin sentyabr ayında Türkiyədə, daha dəqiq desək, İstanbulda gerçəkləşib, bu qurumun fəaliyyətə başlaması haqqında qərar qəbul edilib.

 

 

Azərbaycan.- 2011.- 13 yanvar.- S. 5.