"Euronews" kanalının nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan "Euronews" kanalının nümayəndə heyəti yanvarın 13-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

 

 

Azərbaycan.- 2011.- 14 yanvar.- S. 6.