Şəhidlər xiyabanını ziyarət

 

Bakıda səfərdə olan "Euronews" telekanalının nümayəndələri yanvarın 13-də Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsini ziyarət etmişlər.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

Azərbaycan.- 2011.- 14 yanvar.- S. 6.