Azərbaycan Prezidenti İlham Əliyevin Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın, müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparıldı.

Energetika, qarşılıqlı investisiyaların qoyuluşu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması önəminin vurğulandığı görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsində hökumətlərarası komissiyanın işinin vacibliyi qeyd olundu.

Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın geniş imkanların olduğu vurğulanan görüşdə bu əlaqələrin gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18  yanvar.- S. 2.