Azərbaycan Prezidenti İlham Əliyevin "TeliaSonera Eurasia" şirkətinin prezidenti Tero Kivisaari ilə görüşü

 

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "TeliaSonera Eurasia" şirkətinin prezidenti Tero Kivisaari ilə görüşmüşdür.

Görüşdə "TeliaSonera Eurasia" şirkəti ilə Azərbaycan arasında fəal əməkdaşlığın qurulduğu bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd edildi. Tero Kivisaari onların Azərbaycandakı fəaliyyətini dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Bildirildi ki, "TeliaSonera Eurasia" şirkəti Azərbaycanda əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa böyük önəm verir.

Görüşdə Azərbaycan ilə "TeliaSonera Eurasia" şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27 yanvar.- S. 1.