Prezident İlham Əliyevin "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşü

 

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür.

Görüşdə "Edison" şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlıq, "Cənub dəhlizi" Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihələri ilə bağlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27 yanvar.- S. 1.