Prezident İlham Əliyevin Avstriyanın Avropa beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşü

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Avstriyanın Avropa beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Qeyd olundu ki, ölkələrimiz arasında əməkdaşlıq yaxşı səviyyədədir bunu Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə səmərəli fəaliyyəti təsdiqləyir. Avstriya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın uğurlu olduğu bildirilən görüşdə qeyd olundu ki, bu sahədə OMV şirkətinin Azərbaycan ilə əməkdaşlığı faydalıdır.

Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 2.