Azərbaycan Prezidenti İlham Əliyevin RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşü

 

Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi. Qeyd olundu ki, RWE şirkəti Azərbaycan ilə enerji sahəsində səmərəli əməkdaşlıq qurmuşdur.

Energetika sahəsində əlaqələrin önəminin qeyd olunduğu görüşdə RWE şirkətinin Azərbaycan bütövlükdə Xəzər regionu ilə əməkdaşlıqda, ölkəmizə investisiya qoymaqda maraqlı olduğu bildirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 2.