Bakıda Sərhəd cinayətləri ilə mübarizə: insan alverinarkotik vasitələrin dövriyyəsi mövzusunda ikitərəfli seminar işə başlamışdır

 

Aprelin 4-də Bakıda  "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" (SCIBM) layihəsi çərçivəsində  "Sərhəd cinayətləri ilə mübarizə: insan alverinarkotik vasitələrin dövriyyəsi" mövzusunda ikitərəfli seminar işə başlamışdır.

AzərTAc xəbər verir ki, seminarda Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin nümayəndələri ilə yanaşı, Gürcüstanın müvafiq qurumlarının (Sərhəd və Patrul Polisi, Maliyyə Xidməti) əməkdaşları və Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (İCMPD) Çexiyadan olan ekspertləri iştirak edirlər.

Tədbirin əhəmiyyətini diqqətə çatdıran Dövlət Gömrük Komitəsinin idarə rəisi Şahin Bağırov bildirmişdir ki, layihənin məqsədi inteqrə edilmiş sərhəd idarəçiliyi məsələləri üzrə gömrük orqanlarının və sərhəd xidmətinin potensialının artırılmasıdır. Əsas hədəf dövlət və gömrük sərhədlərindən qeyri-qanuni malların  keçirilməsinin qarşısının alınması, eyni zamanda, ticarət mühitində daha sadələşdirilmiş rejimlərin tətbiq edilməsi, yəni mal dövriyyəsinin sürətləndirilməsinə şəraitin yaradılmasıdır. 

Seminar iştirakçılarına Azərbaycanda insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində aparılan işlər barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, son illər Azərbaycanın müvafiq qurumları tərəfindən görülmüş genişmiqyaslı tədbirlər nəticəsində bu kimi halların həcmi xeyli azalmış və bu tendensiya müxtəlif səviyyələrdə yayımlanan hesabatlarda əksini tapmışdır. Çexiyalı ekspertlər, Gürcüstandan olan nümayəndələr və digər çıxış edənlər də Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirmişlər.

Qeyd olunmuşdur ki, müxtəlif mənbələrin qiymətləndirilməsinə görə hazırda dünyada qeyri-qanuni fəaliyyətlərdən əldə olunan gəlirlərə görə narkotik vasitələrin qanunsuz dövriyyəsi və insan alveri müvafiq olaraq ikinciüçüncü yerdədir. Belə vəziyyət bu növ cinayətlərlə mübarizəyə dair aparılan tədbirlərin daha da gücləndirilməsini və bu istiqamətdə müxtəlif ölkələr tərəfindən aparılan səylərin birləşdirilməsi və ya əlaqələndirilməsini son dərəcə əhəmiyyətli edir.

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının  "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsi çərçivəsində keçirilən ikitərəfli seminar regional və beynəlxalq əməkdaşlığı möhkəmləndirməklə yanaşı, məhz bu səylərə əlavə töhfə verəcəkdir.

Aprelin 6-dək davam edəcək seminarda bu növ cinayətlərlə mübarizə sahəsində ən mütərəqqi beynəlxalq təcrübəyə dair məlumatlar təqdim olunacaqregionda əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılacaqdır.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

Qeyd edək ki, sərhəd idarəçiliyinin təkmilləşdirilməsinə yönəldilmiş layihə Avropa İttifaqının 6 üzv dövlətinin - Çexiya, Estoniya, Latviya, Litva, Fransa Polşanın sərhəd xidmətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 8.