Avronest PA-nın avropalı həmsədri Azərbaycan gənclər təşkilatlarının fəaliyyətinə yüksək qiymət vermişdir

 

 Avronest Parlament Assambleyasının Bakıda keçirilmiş ikinci sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş Avropa Parlamentinin deputatı və Assambleyanın həmsədri Kristian Vigenin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvləri ilə görüşmüşdür.

Milli Şuranın baş katibi Orxan Ərəbov Avronest PA-nın həmsədri Kristian Vigeninə Azərbaycanda gənclər təşkilatlarının fəaliyyəti, dünya ölkələrinin, xüsusən də Avropa ölkələrinin gənclər təşkilatları ilə əlaqələri, əməkdaşlığı, birgə həyata keçirdikləri layihələr barədə məlumat vermişdir.

Kristian Vigenin Azərbaycanda gənclər təşkilatlarının fəaliyyətindən razılığını ifadə etmiş, Avropa Parlamentinin deputatı və Avronest PA-nın həmsədri kimi gənclər təşkilatları arasında əlaqələrin inkişafına dəstək verməyə hazır olduğunu bildirmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 4.