Azərbaycan nümayəndələri Daşkənddə Beynəlxalq Elektrik Rabitəsi İttifaqının regional forumunda iştirak etmişlər

 

Daşkənddə Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (BERİ) regional forumu işini başa çatdırmışdır. Tədbirdə ittifaqın üzvü olan ölkələrin nümayəndələri iştirak etmişlər.

Forumda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telekommunikasiya sektorunun müdiri Nazim Cəfərov, nazirliyin beynəlxalq əlaqələr və qeyri müəssisələrlə əməkdaşlıq şöbəsinin məsləhətçisi Toğrul Hüseynov və "Aztelekom" İstehsal Birliyi NGN (Gələcək nəsil şəbəkələri) şəbəkələrinə xidmət şöbəsinin rəisi Sahib Yusifov iştirak etmişlər.

Tədbirdə rabitə sahəsində regional birliyin BERİ-nın standartlarının hazırlanması və reallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olunmuşdur.

S.Yusifovun "Azərbaycanda NGN rabitə şəbəkələrinin tətbiqi: nəticə və perspektivlər" mövzusunda məruzəsi iştirakçıların marağına səbəb olmuşdur. Məruzədə bildirilmişdir ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanda bu sahədə ən müasir texnologiyalardan istifadə edilir. Hazırda ölkəmizdə hər 100 adama 110 mobil telefon düşür. Azərbaycan əhalisinin 65 faizi internet istifadəçisidir. Bu sahədə Dövlət Proqramı qəbul olunmuşduruğurla həyata keçirilir.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 5.