Dövlət gənclər siyasətinin təbliğinə önəmli töhfə

 

Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir.

Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər, ayrı-ayrı fəal gənclər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verirlər.

Bu istiqamətdə atılan uğurlu addımlardan biri də "Aspoliqraf" nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan çıxmış "Azərbaycanın gənclər siyasəti" kitabıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından bu günədək respublikada həyata keçirilən uğurlu gənclər siyasətinin, ümummilli liderinPrezident İlham Əliyevin gənclərlə üzrə siyasət sahəsində çıxışlarının, fərman və sərəncamlarının, qanunların, dövlət proqramlarının, gənclərlə sahəsində beynəlxalq müqavilə və protokolların sistemli toplusunun hazırlanmasında məqsəd gənc nəslin bu sahədə maariflənməsinə faydalı olmaqdan ibarətdir.

Rəyçiləri AMEA-nın müxbir üzvü, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, BDU-nun professoru Cahangir Məmmədli, elmi redaktorları dosent Faiq Şahbazlı və Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov olan kitaba təhsil nazirinin əmrinə əsasən humanitar yönümlü ixtisaslar üzrə dövlət siyasəti ilə bağlı fənlərin tədrisində əlavə vəsait kimi istifadə edilmək üçün qrif verilmişdir.

"Azərbaycanın gənclər siyasəti" kitabını tərtib edən ARDNŞ "Neftqazelmitədqiqatlayihə" İnstitutunun iqtisadçısı, Azərbaycan NeftQaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Gənclər Təşkilatının sədri Toğrul Əliyevdir. Azərbaycan Dövlət İqtisad Universitetini qırmızı diplomla bitirən Toğrul Əliyev təhsilini 2004-2006-cı illərdə İngiltərənin Northumbria Universitetində davam etdirmişmagistr dərəcəsi almışdır.

 

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 5.