Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri

 

 Ağstafada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal-qərb bölgəsində səfərdə olmuşdur.

Prezident İlham Əliyev Qazax rayonuna səfərini başa çatdıraraq Ağstafa rayonuna gəlmişdir.

Dövlət başçısı Ağstafa şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verdi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 1.