Ağstafada Gənclər Mərkəzi açılmışdır

 

Aprelin 12-də Prezident İlham Əliyev Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 450 kvadratmetr olan mərkəzin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətinin uğurlarını, eləcə də Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Bu mərtəbədə fəaliyyət göstərən karaoke-diskoteka salonunda ən müasir səs-akustika sistemi quraşdırılmışdır. İkinci mərtəbədə kafe, interaktivpnevmatik stend atıcılığı salonu yaradılmışdır. Ən son avadanlıqdan istifadə olunmuş salonda ümummilli lider Heydər Əliyevin "Sərrast atıcı qələbənin təminatçısıdır" kəlamı başlıca meyar götürülərək gənclərin bu sahədə ibtidai hazırlıq keçmələrində və onların interaktiv, pnevmatik avtomattapançadan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaqdır.

Bildirildi ki, Azərbaycan Atıcılıq Federasiyası respublikamızın regionlarında atıcılığın Olimpiya idman növləri üzrə perspektivli gənclərin aşkar olunması və onların bu sahədə inkişafı istiqamətində hərtərəfli kömək göstərilməsi ilə bağlı konkret tədbirlər həyata keçirir. Bundan başqa, mərkəzdəki 3D formatlı sinema klub da orijinallığı ilə diqqəti cəlb edir. Klubda ABŞ, FransaYaponiya istehsalı olan ən son avadanlıq quraşdırılmış, 2D və 3D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılmışdır. Burada yüksək sürətli internet-kafe də fəaliyyət göstərir.

Diqqətə çatdırıldı ki, mərkəzin yaxınlığında 260 yerlik yay kinoteatrı və diskoteka meydançası tikilmişdir. Bu obyekt Heydər Əliyev adına mədəniyyət və istirahət parkına üz tutan yerli sakinlərin və qonaqların rahatlığının təmin edilməsi üçün əlavə imkan yaradır.

Gənclər Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 1.