Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri

 

Əlavə II

 

 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı eninin uzunluğuna nisbəti 1:2 olan, açıq mavi (səma) rəngli düz dördbucaqlı ipək parçadan hazırlanır.

2. Bayrağın aşağıdakı 1/3 hissəsində soldan sağa doğru avtomobil, dəmir, hava və dəniz yollarının rəngli şərti təsvirləri verilmişdir.

3. Bayrağın yuxarı sol hissəsində Azərbaycan Respublikası gömrük orqanlarının emblemi təsvir edilmişdir.

4. Bayrağın arxa tərəfi üz tərəfinin güzgülü əksi kimi təsvir edilir (bayrağın şəkli əlavə edilir).

 

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 7.