Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri

 

Əlavə IV

 

 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi kənarları tünd yaşıl rəngli xətlə haşiyələnmiş, ortasında xüsusi kompozisiya təsvir olunmuş qızılı rəngli səkkizguşəli ulduz şəklindədir.

2. Emblemin ortasında mavi boz rəngli elementləri olan qalxan, onun arxasında qara bürünc rəngli elementləri olan qılınc təsvir edilmişdir.

3. Qalxanı əhatə edən rəngli lentdə tünd yaşıl rənglə "AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK XİDMƏTİ" sözləri yazılmışdır.

4. Ulduzun aşağı hissəsində sağ sol tərəflərə istiqamətlənmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir. Dəfnə çələnglərindən üstdə rəngli açar şəkli vardır (emblemin şəkli əlavə edilir).

 

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 7.