Bakıda Azərbaycan ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir

 

Bakıda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfransda cari il üzrə əməkdaşlığın gedişatı nəzərdən keçirilmiş, növbəti il üçün yeni əməkdaşlıq sahələri müəyyən edilmiş, 2013-cü il üçün İş Planının layihəsi hazırlanmışdır.

 

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 7.